- Dünya çempionatı
- 00:17 06.08.2026
Portuqaliya millisinin sabiq futbolçusu Luis Fiqu FİFA prezidenti Canni İnfantinonu sərt tənqid edərək onun vəzifəsini tərk etməli olduğunu bildirib.
90deqiqe.Az-ın məlumatına görə, "Daily Mail" sabiq futbolçunun dediklərini belə çatdırıb.
"FİFA-dakı problemlər barədə 10 min söz yaza bilərəm. Amma həll yolu cəmi üç sözdən ibarətdir: İnfantino getməlidir", - deyə Fiqu bildirib.
Sabiq futbolçu son günlər FİFA ətrafında baş verən hadisələrin futbol tarixində gördüyü ən mənfi nümunələrdən biri olduğunu vurğulayıb.
"Mən 20 il peşəkar futbol oynamışam və bu oyunda çox şübhəli insanlarla qarşılaşmışam. Amma son 10 gündə üzə çıxanlar indiyədək gördüyüm ən aşağı, ən yalançı və ən şəxsi maraqlara xidmət edən davranışdır", - deyə o əlavə edib.
Luis Fiqu FİFA-nın kommersiya hüquqlarına özəl investorların cəlb olunması ilə bağlı planlarını da tənqid edib. Onun fikrincə, qurumun futbolun inkişafı üçün kifayət qədər maliyyə ehtiyatı var və əlavə özəl investisiyalara ehtiyac yoxdur.
Qeyd edək ki, Luis Fiqu klub karyerası ərzində "Sportinq", "Barselona", Madrid "Real"ı və "İnter"in heyətində ümumilikdə 800-ə yaxın oyuna çıxıb. O, 2017-ci ildən UEFA prezidentinin müşaviri vəzifəsində çalışır.