6 avqust 2026. Cümə axşamı

FİFA DÇ-2030-un finalı ilə bağlı iddialara münasibət bildirdi


FİFA DÇ-2030-un finalı ilə bağlı iddialara münasibət bildirdi

Beynəlxalq Futbol Federasiyası (FİFA) prezidenti Canni İnfantinonun 2030-cu il dünya çempionatının final oyununun Mərakeşdə keçiriləcəyinə dair vəd verdiyi barədə yayılan məlumatları təkzib edib.

90deqiqe.Az-ın “AS"a istinadən məlumatına görə, FİFA nümayəndəsi bu iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

"FİFA prezidentinin 2030-cu il dünya çempionatının finalının keçiriləcəyi məkanla bağlı hər hansı vəd verdiyi barədə yayılan məlumatlar tamamilə yalandır və ictimaiyyəti çaşdırmağa yönəlib. Finalın harada keçiriləcəyi ilə bağlı qərar FİFA tərəfindən müəyyən olunmuş vaxtda qəbul ediləcək", – deyə qurumun açıqlamasında qeyd olunub.

İspaniya Kral Futbol Federasiyası (RFEF) da belə bir razılaşmadan xəbərsiz olduğunu bəyan edib.

Daha əvvəl mediada İnfantinonun Afrika Futbol Konfederasiyası (CAF) ilə razılıq əldə etdiyi iddia olunurdu. Bildirilirdi ki, FİFA prezidentliyinə seçkilərdə Afrika qitəsini təmsil edən 54 milli assosiasiyanın dəstəyi müqabilində DÇ-2030-un finalı İspaniyanın Madrid və ya Barselona şəhərlərində deyil, Mərakeşin Kasablanka şəhərində keçiriləcək.

Qeyd edək ki, uzun müddət DÇ-2030-un finalına əsas namizəd kimi Madriddəki "Santyaqo Bernabeu" stadionu göstərilirdi. Buna FİFA prezidenti Canni İnfantinonun "Real Madrid"in prezidenti Florentino Pereslə yaxın münasibətlərinin təsir etdiyi bildirilirdi. Lakin son dövrlərdə İnfantinonun Mərakeş və bu ölkənin kralı VI Məhəmmədlə əlaqələrinin güclənməsi İspaniya arenasının favorit statusunu sual altına salmışdı.







Dünya çempionatı

"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
  • Dünya çempionatı
  • 23:21 04.08.2026
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
  • Dünya çempionatı
  • 22:57 04.08.2026
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı