6 avqust 2026. Cümə axşamı

UEFA FİFA turnirlərini boykot edə bilər


UEFA FİFA turnirlərini boykot edə bilər

UEFA FİFA-nın mübahisəli investisiya layihəsindən imtina etməsinə baxmayaraq, qurumun turnirlərinin, o cümlədən dünya çempionatının boykot edilməsi ehtimalını hələ də gündəmdə saxlayır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə UEFA-nın yaydığı bəyanatda bildirilib.

"UEFA-ya üzv milli assosiasiyalar FİFA-nın təşkil etdiyi yarışlarda iştirakla bağlı şərtlərini açıq şəkildə bəyan ediblər. Ən iri turnirlərdə payların satışı ilə bağlı bütün təkliflər tamamilə geri götürülməli, eyni zamanda belə təşəbbüslərin gələcəkdə bir daha irəli sürülməyəcəyinə dair zəmanət verilməlidir. Bu şərtlər hələ də yerinə yetirilməyib", - deyə bəyanatda vurğulanıb.

Xatırladaq ki, daha əvvəl FİFA prezidenti Canni İnfantino təşkilatın ən nüfuzlu turnirlərinə özəl investorların cəlb olunmasını təklif etmişdi. Lakin bu təşəbbüs ciddi tənqidlərə səbəb olduqdan sonra FİFA layihədən imtina edib.

 







Dünya çempionatı

UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər
"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
  • Dünya çempionatı
  • 23:21 04.08.2026
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
  • Dünya çempionatı
  • 22:57 04.08.2026
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı