7 avqust 2026. Cümə

"Prezident səlahiyyətlərindən sui-istifadə edib" - FIFPRO-dan İnfantinoya sərt ittiham


"Prezident səlahiyyətlərindən sui-istifadə edib"  - FIFPRO-dan İnfantinoya sərt ittiham

Dünya Futbolçular Birliyi (FIFPRO) FİFA prezidenti Canni İnfantinonu tənqid edən bəyanat yayıb.

90deqiqe.Az xəbər verir ki, təşkilat İnfantinonu prezident səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edib.

Daha əvvəl FİFA rəhbərinin dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq niyyətində olduğu barədə məlumat yayılmışdı. Lakin futbol ictimaiyyətinin sərt reaksiyasından sonra İnfantino bu layihədən imtina edib.

Bu hadisələrin fonunda FİFA rəhbərliyi Mərakeşdə qurum prezidentinin və İcraiyyə Şurasının üzvlərinin iştirakı ilə təcili görüş keçirib. Həmçinin təşkilat yol verilmiş səhvlərlə bağlı üzvlərindən üzr istəyib.

FIFPRO-nun bəyanatında bildirilib:

"Futbol üzrə dünya çempionatının sahiblik və idarəetmə strukturunu birdəfəlik dəyişə, eləcə də nəsillər boyu futbolçuların yaratdığı yarışları kommersiyalaşdıra biləcək plan gizli şəkildə hazırlanıb, qapalı görüşlərdə müzakirə olunub və FİFA Şurası, üzv assosiasiyalar, futbolçular və digər əsas maraqlı tərəflər bu barədə məlumat əldə etməzdən əvvəl demək olar ki, razılaşdırılıb.

Bu, sadəcə idarəetmə səhvi deyil. Bu, prezident səlahiyyətlərindən açıq-aşkar sui-istifadədir".







Dünya çempionatı

UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər
"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
  • Dünya çempionatı
  • 23:21 04.08.2026
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
  • Dünya çempionatı
  • 22:57 04.08.2026
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi