7 avqust 2026. Cümə

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı


CAF-dan İnfantinoya açıq dəstək bəyanatı

Afrika Futbol Konfederasiyası (CAF) FİFA prezidenti Canni İnfantino və təşkilatın baş katibi Mattias Qrafströma dəstəyini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə CAF-ın prezidenti Patris Motsepe bəyanat yayıb.

Qeyd edilib ki, CAF FİFA rəhbərliyinin Dünya çempionatının yayım və kommersiya hüquqlarının bir hissəsinin satışı ilə bağlı planlara görə üzr istədiyi birgə bəyanatı dəstəkləyir.

“CAF FİFA prezidenti Canni İnfantino və baş katib Mattias Qrafströmun birgə bəyanatını alqışlayır və tam şəkildə dəstəkləyir. Biz Afrika futbolunun dünyanın ən yaxşıları sırasında yer alması üçün fəaliyyətimizi davam etdirəcəyik. Eyni zamanda korporativ idarəetmə, şəffaflıq və audit sahəsində qlobal standartlara sadiqliyimizi təsdiqləyirik”, – deyə Motsepe bildirib.

CAF rəhbəri vurğulayıb ki, Afrikada düzgün idarəetmə prinsiplərinə, qanuni prosedurlara və şəffaflığa riayət edilməsi əsas əhəmiyyət daşıyır və bu məsələlər müzakirə mövzusu deyil.

“Biz hökumətlərdən, biznes qurumlarından və digər təşkilatlardan da eyni standartlara əməl etmələrini gözləyirik. CAF da bu prinsiplərə uyğun fəaliyyət göstərməlidir”, – bəyanatda qeyd olunub.

Bundan əlavə, CAF-ın İcraiyyə Komitəsi yekdilliklə Canni İnfantinoya dəstəyi təsdiqləyib. Komitə FİFA prezidentinə “illər ərzində Afrika futboluna göstərdiyi yardıma”, eləcə də 2026-cı il Dünya çempionatının uğurla təşkilinə verdiyi töhfəyə görə təşəkkür edib.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər
"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
  • Dünya çempionatı
  • 23:21 04.08.2026
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
  • Dünya çempionatı
  • 22:57 04.08.2026
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi