- Dünya çempionatı
- 13:23 07.08.2026
Qazaxıstan Futbol Federasiyası (KFF) milli komandanın baş məşqçisi postuna niderlandlı mütəxəssis Con vant Sxipi təyin edib.
90deqiqe.Az-ın məlumatına görə, 62 yaşlı çalışdırıcı ilə rəsmi müqavilə federasiyanın İcraiyyə Komitəsinin iclasından sonra imzalanacaq.
Con vant Sxip məşqçilik karyerası ərzində Niderlandın "Ayaks", "Tvente" və "Zvolle", Meksikanın "Qvadalaxara", Avstraliyanın isə "Melburn Siti" klublarını çalışdırıb. O, 2016-cı ildə "Melburn Siti" ilə Avstraliya Kubokunun qalibi olub.
Təcrübəli mütəxəssis klub karyerası ilə yanaşı, Yunanıstan və Ermənistan milli komandalarının baş məşqçisi kimi də fəaliyyət göstərib.
Con vant Sxip futbolçu kimi isə "Ayaks" və İtaliyanın "Cenoa" klublarının formasını geyinib. O, Amsterdam təmsilçisinin heyətində dörd dəfə Niderland çempionu, üç dəfə ölkə kubokunun qalibi adını qazanıb.
Niderland millisinin sabiq üzvü olan vant Sxip 1988-ci ildə Avropa çempionu olub, 1992-ci il Avropa çempionatında isə bürünc medal əldə edib.