- Dünya çempionatı
- 17:27 08.08.2026
Norveç Futbol Federasiyasının prezidenti Lise Klaveness Yozef Blatterin onun FIFA prezidenti vəzifəsinə namizəd olması ilə bağlı təklifini şərh etməkdən imtina edib.
90deqiqe.Az-ın məlumatına görə, Klaveness bu barədə NRK telekanalına bildirib.
“Blatter mən hələ futbolçu olduğum vaxt FIFA-nın prezidenti idi. Yadımdadır, o, bizim daha qısa şortlarla oynamamızı istəyirdi və mən bunu həmin vaxt da şərh etmişdim. Lakin onun bu yeni açıqlamasını şərh etməyəcəyəm”
Qeyd edək ki, Blatter daha əvvəl FIFA prezidentliyinə qadının namizəd olmasının vaxtının çatdığını bildirib və Canni İnfantinonu əvəzləmək üçün Klavenessin namizədliyini irəli sürüb.
FIFA prezident seçkiləri 2027-ci ilin martında Mərakeşdə keçiriləcək. Hazırda İnfantino seçkidə yeganə namizəd olaraq qalır.
Xatırladaq ki, daha əvvəl UEFA, KONKAKAF və AFC İnfantinonun FIFA prezidenti postundan uzaqlaşdırılmasını istədiklərini açıqlayıblar. UEFA bu tələb yerinə yetirilənədək FIFA-nın rəsmi turnirlərini boykot edə biləcəyi ilə bağlı xəbərdarlıq edib.