- Dünya çempionatı
- 23:47 08.08.2026
UEFA FIFA prezidenti Canni İnfantinonun qurumda çalışdığı bütün 16 il ərzində fəaliyyətinin hərtərəfli araşdırılmasını nəzərdən keçirir.
90deqiqe.Az-ın “The Telegrap"a istinadən məlumatına görə, buna səbəb İnfantinonun UEFA-da çalışdığı dövrdə bir əməkdaşla münasibətdə olması barədə yayılan iddialardır.
Məlumata əsasən, adı açıqlanmayan qadın İnfantino ilə münasibətdə olduğu müddətdə vəzifədə yüksəlib və maaşı artırılıb. O, UEFA-dan ayrıldıqdan sonra isə altı rəqəmli məbləğdə ödəniş alıb.
UEFA rəhbərliyi sözügedən ödənişin hansı səbəbdən həyata keçirildiyini və İnfantino ilə əməkdaş arasında olduğu iddia edilən münasibətlərin qurum rəhbərliyinin qərarlarına təsir edib-etmədiyini araşdırmaq istəyir.
Bundan əlavə, İnfantinonun 2000-2016-cı illərdə UEFA-da çalışdığı bütün dövr ərzində fəaliyyəti ilə bağlı araşdırma aparılması da müzakirə olunur.