9 avqust 2026. Bazar günü

FIGC prezidentindən Pirlo etirafı: - “Hər şey hazır idi...”


FIGC prezidentindən Pirlo etirafı:  - “Hər şey hazır idi...”

İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Covanni Malaqo Andrea Pirlonu milli komandanın baş məşqçisi təyin etməkdən imtina etməsinin doğru qərar olduğunu bildirib.

90deqiqe.Az-ın məlumatına görə, Malaqo “La Gazzetta dello Sport”a müsahibəsində Pirlonun İtaliya millisinin baş məşqçisi olmasının artıq razılaşdırıldığını deyib.

“Hər şey hazır idi, inanın. Onun təyinatı üçün bütün hazırlıqlar görülmüşdü. Lakin daha sonra Andreanın Rusiyanın mərc şirkətlərindən biri ilə əməkdaşlıq etdiyi barədə məlumat ortaya çıxdı. Əminəm ki, düzgün qərar verdim”, - deyə FIGC prezidenti bildirib.

Malaqo daha sonra Roberto Mançini ilə əlaqə saxladığını və onun razılığından sonra müqavilənin imzalandığını qeyd edib:

“Pirlonun məsələsi həll olunduqdan sonra Mançiniyə zəng etdim. O, “Bəli, hazıram” dedi. Ardınca müqaviləni demək olar ki, oxumadan imzaladı”.

FIGC rəhbəri A Seriyası klublarının əksəriyyətinin isə milli komandanın baş məşqçisi postunda Antonio Konteni görmək istədiyini də açıqlayıb.

“Dəqiq desək, hamı yox, lakin əksəriyyət həqiqətən də Antonio Kontenin seçilməsini istəyirdi”, - Malaqo vurğulayıb.

Qeyd edək ki, Roberto Mançini İtaliya millisinin baş məşqçisi postuna ikinci dəfə gətirilib. Onun rəhbərliyi altında “Skuadra Adzurra” 2020-ci ildə keçirilən Avropa çempionatının qalibi olub.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər