28 sentyabr 2026. Bazar ertəsi

Dünya çempionu müasir futbolda qapıçıların rolundan narazıdır


Dünya çempionu müasir futbolda qapıçıların rolundan narazıdır

1998-ci ildə Fransa millisinin heyətində dünya çempionu olan sabiq qapıçı Fabien Bartez müasir futbolda qapıçıların rolunun dəyişməsini tənqid edib.

90deqiqe.Az-ın məlumatına görə, fransalı keçmiş futbolçu qapıçıların əsas vəzifəsinin arxa plana keçdiyini düşünür.

“Biz hamımız qapıçının əsl rolunun nə olduğunu unutmuşuq. Qapıçının ayaqları ilə oynamalı olduğu dəb yaranandan bəri hər şey yalnız bunun ətrafındadır. Bu, ayıbdır”, - deyə Bartezin sözlərini “DerbyDerbyDerby.it” yayıb.

Qeyd edək ki, Bartez yaxın günlərdə Fransa millisinin baş məşqçisi təyin olunan sabiq komanda yoldaşı Zinəddin Zidanın məşqçilər korpusuna daxil olub.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər