6 oktyabr 2026. Çərşənbə axşamı

FİFA dünya çempionatının finalındakı insidentlə bağlı cəzaları açıqladı


FİFA dünya çempionatının finalındakı insidentlə bağlı cəzaları açıqladı

FİFA 2026-cı il dünya çempionatının finalından sonra meydanda baş verən insidentlə bağlı Argentina millisinin futbolçuları və məşqçi heyətinin üzvünə tətbiq olunan cəzaları rəsmən açıqlayıb.

90deqiqe.Az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə,  ən ağır cəza Leandro Paredesə verilib. Argentinalı yarımmüdafiəçi 10 matçlıq diskvalifikasiya olunub və 90 min ABŞ dolları məbləğində cərimələnib.

Digər cəzalar isə aşağıdakı kimidir:

  • Naul Molina – 7 oyunluq diskvalifikasiya və 90 min dollar cərimə;
  • Tyaqo Almada – 1 oyunluq diskvalifikasiya və 30 min dollar cərimə;
  • Qavi – 1 oyunluq diskvalifikasiya və 30 min dollar cərimə;
  • Roberto Ayala (Argentina millisinin məşqçi heyətinin üzvü) – 3 oyunluq diskvalifikasiya və 30 min dollar cərimə.

Qeyd edək ki, daha əvvəl futbolçulara tətbiq olunacaq diskvalifikasiyaların müddəti ilə bağlı məlumatlar mətbuatda yayılmışdı. FİFA-nın son qərarı ilə cərimələrin məbləği də rəsmən təsdiqlənib.

Sanksiyalar milli komandaların oyunlarına şamil olunacaq.

Xatırladaq ki, insident Argentina və Fransa arasında 2022-ci il dünya çempionatının final matçından sonra baş verib.







Dünya çempionatı

Braziliya Hindistanı darmadağın etdi
  • Dünya çempionatı
  • 00:14 04.10.2026
Braziliya Hindistanı darmadağın etdi
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib