26 avqust 2026. Çərşənbə

Efiopiya 2028-ci il Afrika Kubokuna ev sahibliyi etməyə namizədliyini irəli sürüb


Efiopiya 2028-ci il Afrika Kubokuna ev sahibliyi etməyə namizədliyini irəli sürüb

Efiopiya 2028-ci ildə keçiriləcək Afrika Millətlər Kubokuna ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

 90deqiqe.Az-ın məlumatına görə, planlaşdırılan dəyişikliklərə əsasən, bundan sonra Afrika Millətlər Kuboku dörd ildən bir təşkil olunacaq. Beləliklə, 2028-ci ildə keçirilməsi nəzərdə tutulan turnir yeni formatda ilk yarış olacaq.

Efiopiya da məhz həmin turnirə ev sahibliyi etmək üçün namizədliyini təqdim edib. Məlumata görə, ölkə Afrika futbolunun əsas turnirini tarixində ikinci dəfə qəbul edə bilər.

Efiopiyanın Afrika Millətlər Kubokuna ilk və yeganə ev sahibliyi isə 1976-cı ildə baş tutub.

Qeyd edək ki, Afrika Kuboku indiyədək tək illərdə təşkil olunub. Növbəti turnir isə 2027-ci ildə ilk dəfə üç ölkənin — Keniya, Tanzaniya və Uqandanın ev sahibliyi ilə keçiriləcək.







Dünya çempionatı

“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”