11 oktyabr 2026. Bazar günü

İtaliya futbolunun əfsanəsi federasiyada vəzifə ala bilər


İtaliya futbolunun əfsanəsi federasiyada vəzifə ala bilər

İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Covanni Malaqo sabiq milli komanda hücumçusu Çiro İmmobileni təşkilatda rəhbər vəzifələrdən birinə gətirməyi nəzərdən keçirir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Football Italia” məlumat yayıb.

Mənbənin məlumatına görə, Malaqo ilə İmmobile arasında telefon danışığı baş tutub. Lakin tərəflər hələlik belə bir əlaqənin olduğunu təsdiqləməyiblər.

Qeyd edək ki, 35 yaşlı İmmobile bir neçə həftə əvvəl futbolçu karyerasını başa vurub. O, peşəkar karyerasının böyük hissəsini “Latsio”da keçirib. Hücumçu İtaliya millisinin heyətində isə 2020-ci ildə Avropa çempionu olub.

Malaqonun FIGC prezidenti seçilməsindən sonra federasiyada bir sıra tanınmış futbol mütəxəssisləri də vəzifə alıb. Onların arasında Klaudio Ranyeri və Canfranko Zola da var.







Dünya çempionatı

“Messinin yerini doldurmaq mümkün deyil”
  • Dünya çempionatı
  • 23:30 07.10.2026
“Messinin yerini doldurmaq mümkün deyil”
Uruqvay Hindistanı darmadağın etdi
  • Dünya çempionatı
  • 21:50 06.10.2026
Uruqvay Hindistanı darmadağın etdi
Braziliya Hindistanı darmadağın etdi
  • Dünya çempionatı
  • 00:14 04.10.2026
Braziliya Hindistanı darmadağın etdi