16 oktyabr 2026. Cümə

Lionel Messi Argentina millisində karyerasını başa vurdu


Lionel Messi Argentina millisində karyerasını başa vurdu

Argentina millisinin kapitanı Lionel Messi yığmadakı karyerasını başa vurub.

 90deqiqe.Az-ın məlumatına görə, 39 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

Messi Argentina millisinin heyətində qazandığı titullarla tarixə düşüb. Təcrübəli hücumçu 2022-ci ildə dünya çempionu olub. O, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunu, 2008-ci ildə isə Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb.

Lionel Messi Argentina millisində keçirdiyi oyunlarda 125 qol vurub.

Beləliklə, dünya futbolunun ən titullu və ən məhsuldar oyunçularından biri olan Messi Argentina millisindəki çıxışını başa çatdırıb.







Dünya çempionatı

“Messinin yerini doldurmaq mümkün deyil”
  • Dünya çempionatı
  • 23:30 07.10.2026
“Messinin yerini doldurmaq mümkün deyil”