- Dünya çempionatı
- 00:44 03.09.2026
Argentina millisinin və “Boka Xuniors”un kapitanı Leandro Paredes beynəlxalq karyerasını başa vurmağı düşünür.
90deqiqe.Az-ın “Goal"a istinadən məlumatına görə, yarımmüdafiəçi dünya çempionatının finalında İspaniyaya məğlubiyyətdən sonra baş verən kütləvi davada iştirak etdiyi üçün 10 oyunluq cəzalandırılıb və cərimələnib.
Paredes bundan sonra Argentina millisində çıxışını davam etdirməyin çətin olacağını bildirib.
“Millidə oynamağa davam etmək mənim üçün çətin olacaq. Həm diskvalifikasiya, həm də Messinin qərarı səbəbindən. Artıq heç nə əvvəlki kimi olmayacaq. Hələ baş məşqçi ilə danışmamışam. Söhbət edəcəyik və bundan sonra hansı qərarı verəcəyimə baxacağıq”, – deyə futbolçu bildirib.
Qeyd edək ki, 31 yaşlı Paredes Argentina millisinin heyətində 84 oyuna çıxıb. O, milli komanda ilə dünya çempionu olub və iki dəfə Amerika Kubokunu qazanıb.