3 sentyabr 2026. Cümə axşamı

Edin Cekodan milli komanda ilə bağlı mühüm qərar


Edin Cekodan milli komanda ilə bağlı mühüm qərar

Almaniyanın “Şalke” klubunda çıxış edən 40 yaşlı hücumçu Edin Ceko Bosniya və Herseqovina millisindəki karyerasını başa çatdırmaq qərarına gəlib.

90deqiqe.Az-ın məlumatına görə, futbolçu bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

Ceko bildirib ki, milli komandadakı son oyununu oktyabrın 2-də UEFA Millətlər Liqasında İsveçə qarşı keçirəcək.

Qeyd edək ki, Edin Ceko Bosniya və Herseqovina millisinin tarixində ən çox oyun keçirən və ən çox qol vuran futbolçudur. O, yığmanın heyətində keçirdiyi 148 matçda 73 dəfə fərqlənib.







Dünya çempionatı

UEFA İnfantinoya qarşı namizəd hazırlayır
  • Dünya çempionatı
  • 23:09 27.08.2026
UEFA İnfantinoya qarşı namizəd hazırlayır