- Dünya çempionatı
- 00:33 05.09.2026
Uruqvay Futbol Assosiasiyası (AUF) qarşıdakı beynəlxalq fasilə çərçivəsində keçiriləcək üç yoldaşlıq oyunu üçün 46 futbolçudan ibarət ilkin heyəti açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, ilkin siyahıda ABŞ-ın “İnter Mayami” klubunda çıxış edən Luis Suaresin adı yer almayıb.
39 yaşlı hücumçunun heyətə daxil edilməməsi onun Uruqvay millisində yenidən oynamaq ehtimalı ilə bağlı müzakirələrə son qoyulduğu kimi qiymətləndirilir.
Qeyd edək ki, Dieqo Forlan bu yay Uruqvay millisinin baş məşqçisi təyin olunub. Yeni çalışdırıcının açıqladığı ilkin siyahıda əvvəlki baş məşqçi Marselo Bielsanın sərəncamında olan heyətlə müqayisədə 14 yeni futbolçu yer alıb.
Uruqvay millisi qarşıdakı beynəlxalq fasilə zamanı Asiyada üç yoldaşlıq oyunu keçirəcək.
Cənubi Amerika təmsilçisi sentyabrın 24-də Yaponiya, sentyabrın 28-də Cənubi Koreya, oktyabrın 6-da isə Hindistan millisi ilə qarşılaşacaq.