9 oktyabr 2026. Cümə

Canni İnfantino FİFA prezidentliyinə yenidən namizəd olacaq


Canni İnfantino FİFA prezidentliyinə yenidən namizəd olacaq

FİFA prezidenti Canni İnfantino 2027-ci ildə keçiriləcək növbəti seçkilərdən sonra da qurumun rəhbəri vəzifəsini qorumaq niyyətindədir.

90deqiqe.Az xəbər verir ki, FİFA-nın nümayəndəsi jurnalist Rob Harrisə açıqlamasında İnfantinonun 2027-ci ildə keçiriləcək seçkilərdə yenidən namizədliyini irəli sürəcəyini təsdiqləyib.

“FİFA prezidenti aprel ayında 2027-ci ildə yenidən seçilmək üçün namizədliyini irəli sürəcəyini açıqlamışdı. Təbii ki, bu məsələdə heç nə dəyişməyib. Cənab İnfantino seçkilərdə iştirak edəcək”, - deyə FİFA nümayəndəsi bildirib.

Qeyd edək ki, Canni İnfantino 2016-cı ilin fevralından FİFA-ya rəhbərlik edir.

Son vaxtlar onun qurumdakı mövqeyi təzyiq altında qalıb. Buna səbəb FİFA-nın kommersiya hüquqlarının bir hissəsinin, o cümlədən dünya çempionatı ilə bağlı hüquqların satılmasını nəzərdə tutan layihənin baş tutmaması ətrafında yaranan qalmaqal olub.







Dünya çempionatı

“Messinin yerini doldurmaq mümkün deyil”
  • Dünya çempionatı
  • 23:30 07.10.2026
“Messinin yerini doldurmaq mümkün deyil”
Uruqvay Hindistanı darmadağın etdi
  • Dünya çempionatı
  • 21:50 06.10.2026
Uruqvay Hindistanı darmadağın etdi
Braziliya Hindistanı darmadağın etdi
  • Dünya çempionatı
  • 00:14 04.10.2026
Braziliya Hindistanı darmadağın etdi