15 oktyabr 2026. Cümə axşamı

Dik Advokat Kurasao millisində işini davam etdirəcək


Dik Advokat Kurasao millisində işini davam etdirəcək

Niderlandlı mütəxəssis Dik Advokat Kurasao millisinin baş məşqçisi vəzifəsində fəaliyyətini davam etdirəcək.

90deqiqe.Az-ın Kurasao Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 78 yaşlı çalışdırıcı ilə yeni müqavilə imzalanıb. Yeni əmək müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə olacaq.

“Biz birlikdə xüsusi bir uğura imza atdıq və futbolçularım və məşqçilər korpusumla işimizi davam etdirmək, artıq əldə etdiklərimizi daha da inkişaf etdirmək imkanını səbirsizliklə gözləyirəm”, - deyə Advokat bildirib.

Dik Advokat 2024-cü ildən Kurasao millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında komanda tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanıb.

2026-cı il dünya çempionatında Kurasao millisi qrup mərhələsində bir xal toplayaraq sonuncu pillədə qərarlaşıb.







Dünya çempionatı

“Messinin yerini doldurmaq mümkün deyil”
  • Dünya çempionatı
  • 23:30 07.10.2026
“Messinin yerini doldurmaq mümkün deyil”