- Dünya çempionatı
- 22:25 10.09.2026
FIFA 2030-cu il dünya çempionatının finalının Mərakeşdə keçiriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
90deqiqe.Az-ın “Marca”ya istinadən məlumatına görə,FIFA nümayəndəsi bildirib ki, turnirin finalının keçiriləcəyi məkanla bağlı qərar hələ qəbul edilməyib.
“Avqust ayında bildirildiyi kimi, FIFA qərarını müəyyən olunmuş vaxt çərçivəsində verəcək”, - deyə qurumun nümayəndəsi qeyd edib.
FIFA həmçinin təşkilatın prezidenti Canni İnfantinonun Mərakeşə dünya çempionatının finalının bu ölkədə keçirilməsi ilə bağlı vəd verdiyi barədə iddiaları təkzib edib.
Qeyd edək ki, 2030-cu il dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Turnirin 100 illiyi ilə əlaqədar Uruqvay, Argentina və Paraqvayın iştirakı ilə açılış oyunları həmin ölkələrdə baş tutacaq.
Mərakeşin Kasablanka şəhərində inşa olunan “Hassan II” stadionunun tikintisi başa çatdıqdan sonra 115 min tamaşaçı tutumuna malik olacağı bildirilir.