11 sentyabr 2026. Cümə

İnfantinonun FIFA prezidenti postunda qalmaq şansı yüksəkdir


İnfantinonun FIFA prezidenti postunda qalmaq şansı yüksəkdir

Canni İnfantinonun FIFA prezidenti vəzifəsində qalacağı gözlənilir.

90deqiqe.Az-ın “Reuters"a istinadən məlumatına görə, 2027-ci ildə keçiriləcək seçkilər öncəsi İnfantino hələlik yeganə namizəddir.

Qeyd olunur ki, onun əsas rəqibləri, xüsusilə UEFA-dan olan şəxslər prezidentliyə namizəd irəli sürə bilmirlər.

PSJ-nin prezidenti Nasser Əl-Xələifi FIFA rəhbərliyinə namizəd olmaqda maraqlı olmadığını bildirib. KONKAKAF prezidenti Viktor Montalyani isə kifayət qədər dəstək alacağına əmin olmadığı üçün seçki mübarizəsinə qoşulmaq istəmir.

Bu səbəbdən UEFA və İnfantinoya qarşı mövqedə olan milli federasiyalar mübarizə taktikasını dəyişmək qərarına gəliblər.

Onlar FIFA prezidentinin səlahiyyətlərinin məhdudlaşdırılmasına çalışacaqlar. Məqsəd İnfantinonun əsas qərarları təkbaşına qəbul etməsinin qarşısını almaqdır.







Dünya çempionatı