26 oktyabr 2026. Bazar ertəsi

Ançelotti Endrikin Braziliya millisindəki gələcəyi barədə danışdı


Ançelotti Endrikin Braziliya millisindəki gələcəyi barədə danışdı

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti hücumçu Endrikin milli komandadakı perspektivləri barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə,  “Foot Mercato” təcrübəli çalışdırıcının dediklərini belı çatdırıb.

 “Bu il müxtəlif futbolçuları sınadıq, bir çox mərkəz hücumçusuna baxdıq. İndi düşünürəm ki, vəziyyət hamı üçün bir qədər aydınlaşıb. Bizim çox güclü iki gənc hücumçumuz var və onların inkişaf etməsinə kömək etməliyik”

Baş məşqçi Endrikin komandadakı mövqeyindən də söz açıb:

“Onlardan birini hamınız tanıyırsınız – bu, Endrikdir. Digər gənc mərkəz hücumçumuz da var və o, məşqlərdə çox yaxşı çıxış edir. Heyətə daxil olmayan və tədricən özünü göstərən başqa futbolçularımız da var”.

Ançelotti gələcəkdə Endrikin Braziliya millisində çox vacib futbolçuya çevriləcəyinə əmin olduğunu da vurğulayıb.

Qeyd edək ki, italiyalı mütəxəssis bir neçə gün əvvəl Avstraliya və Hindistan yığmaları ilə keçiriləcək yoldaşlıq görüşləri üçün heyəti açıqlayıb. 20 yaşlı “Real Madrid” futbolçusu da siyahıya daxil edilib.







Dünya çempionatı

Arsen Venger Hövsan Yarış Kompleksində olub
  • Dünya çempionatı
  • 13:44 23.10.2026
Arsen Venger Hövsan Yarış Kompleksində olub
“Dünya çempionluğu karyeramın zirvəsi idi”
  • Dünya çempionatı
  • 21:20 22.10.2026
“Dünya çempionluğu karyeramın zirvəsi idi”