6 oktyabr 2026. Çərşənbə axşamı

Argentina millisinin yoldaşlıq oyunları açıqlanıb


Argentina millisinin yoldaşlıq oyunları açıqlanıb

Argentina Futbol Assosiasiyasının rəsmi saytında milli komandanın keçirəcəyi yoldaşlıq görüşləri ilə bağlı məlumat dərc olunub.

90deqiqe.Az-ın məlumatına görə, Argentina millisi ilk oyununu sentyabrın 30-da Boliviya ilə keçirəcək. Qarşılaşma Kordoba şəhərində baş tutacaq.

Daha sonra dünya çempionları evdə iki yoldaşlıq matçına çıxacaqlar. “Albiseles­te” oktyabrın 3-də “River Pleyt”in stadionunda Burkina-Faso, oktyabrın 6-da isə Benin yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl mətbuatda Lionel Messinin vida matçında iştirak etmək üçün milli komandaya dəvət alacağı barədə xəbərlər yayılıb. 39 yaşlı hücumçu yayın sonunda Argentina millisindəki karyerasını başa çatdırmaq qərarına gəldiyini açıqlamışdı.







Dünya çempionatı

Braziliya Hindistanı darmadağın etdi
  • Dünya çempionatı
  • 00:14 04.10.2026
Braziliya Hindistanı darmadağın etdi
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib