- Dünya çempionatı
- 23:07 15.09.2026
Kolumbiya millisinin və “Bayer”in yarımmüdafiəçisi Xames Rodriqes milli komandadakı karyerasını başa çatdırb.
90deqiqe.Az-ın məlumatına görə, 35 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Keçirdiyimiz hər oyun, yaşadığımız hər sevinc, tökdüyümüz hər göz yaşı və bölüşdüyümüz hər arzu üçün təşəkkür edirəm. Kolumbiya millisinin rənglərini qorumaq mənim üçün ən böyük şərəf idi. Təşəkkürlər, Kolumbiya. Əbədi”, – deyə futbolçu yazıb.
Xames Rodriqes Kolumbiya millisində ilk oyununu 2011-ci ilin oktyabrında keçirib. Ümumilikdə 131 matçda forma geyinən yarımmüdafiəçi 31 qol vurub və 43 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Kolumbiya millisi 2026-cı il dünya çempionatında mübarizəni 1/8 final mərhələsində başa vurub. Komanda bu mərhələdə İsveçrəyə məğlub olub.