16 sentyabr 2026. Çərşənbə

Lionel Messi Argentina millisinin heyətinə çağırıldı


Lionel Messi Argentina millisinin heyətinə çağırıldı

Argentina millisinin baş məşqçisi Lionel Messini qarşıdakı yoldaşlıq oyunları üçün heyətə dəvət edib.

90deqiqe.Az-ın məlumatına görə, 39 yaşlı hücumçu sentyabrın 30-da Boliviya, oktyabrın 3-də Burkina-Faso və oktyabrın 6-da Benin yığmasına qarşı keçiriləcək qarşılaşmalarda iştirak edə bilər. Bu barədə Argentina Futbol Assosiasiyasının (AFA) rəsmi saytı məlumat yayıb.

Daha əvvəl Beninlə keçiriləcək görüşün Lionel Messi üçün Argentina millisində vida matçı olacağı bildirilmişdi. 2022-ci il dünya çempionunun şərəfinə Buenos-Ayresdəki “Monumental” stadionunda xüsusi vida mərasiminin təşkili planlaşdırılır. Həmin qarşılaşmaya 2022-ci ildə dünya çempionu olan Argentina millisinin bütün üzvlərinin dəvət olunacağı gözlənilir.

Qeyd edək ki, Messi avqustun 31-də Argentina millisində karyerasını başa vuracağını açıqlamışdı.

Ulduz futbolçu Argentina millisinin heyətində 207 oyun keçirib. O, bu matçlarda 125 qol vurub və 68 məhsuldar ötürmə edib.







Dünya çempionatı