- Dünya çempionatı
- 01:35 16.09.2026
Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia 39 yaşlı Lionel Messinin milli komandadakı vida matçının keçiriləcəyi tarixi açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, Argentina yığması oktyabrın 6-da Buenos-Ayresdəki “Monumental” stadionunda Benin millisi ilə qarşılaşacaq. Sözügedən görüş Lionel Messinin “Albisaleste”də son oyunu olacaq.
Klaudio Tapia "ESPN"ə açıqlamasında bildirib ki, baş məşqçi Lionel Skaloni ilə müzakirələrdən sonra Messinin milli komandada layiqli şəkildə yola salınmasına qərar verilib.
“Lionel Skaloninin də iştirakı ilə müzakirə apardıq və milli komandamızın simvolu, kapitanımız və dünyanın ən yaxşı futbolçusunu – Lionel Andres Messini oktyabrın 6-da Argentinada komanda ilə layiqli şəkildə vidalaşması üçün dəvət etmək qərarına gəldik”, – deyə Tapia bildirib.
AFA prezidenti 2022-ci ildə dünya çempionu olan Argentina millisinin digər üzvlərini də Messinin vida mərasimində iştirak etməyə dəvət edib.