17 sentyabr 2026. Cümə axşamı

Zidanın qərarı Kundeni “Barselona”dan uzaqlaşdıra bilər


Zidanın qərarı Kundeni “Barselona”dan uzaqlaşdıra bilər

“Barselona”nın müdafiəçisi Jül Kunde son vaxtlar komandada əvvəlki qədər oyun praktikası əldə edə bilmir.

90deqiqe.Az-ın “El Nacional"a istinadən məlumatına görə, Kataloniya klubunda hesab edirlər ki, Kunde Fransa millisindən dəvət alaraq oyunlarda iştirak etsə, özünəinamını bərpa edə və bazar dəyərini artıra bilər.

Lakin Fransa millisinin baş məşqçisi Zinəddin Zidanın bu məsələdə “Barselona”ya yardım etmək niyyətində olmadığı bildirilir. Onun əsas məqsədi milli komandanın mümkün qədər güclü müdafiə xəttini formalaşdırmaqdır. Buna görə də Kunde yaxşı formada olmayacağı təqdirdə ehtiyatda qala bilər.

Zidan hesab edir ki, milli komandada hər bir futbolçu əsas heyətdəki yerini yalnız meydandakı çıxışı ilə qazanmalıdır.

Beləliklə, Fransa millisinin Kundeni “Barselona”dakı vəziyyətdən çıxarmaq üçün vasitəyə çevrilməyəcəyi qeyd olunur. Bu isə futbolçunun Kataloniya klubundan ayrılması ehtimalını artırır.

“Mesaj olduqca aydındır: Fransa millisi Kundeyə “Barselona”dakı vəziyyətini xilas etmək üçün platforma olmayacaq”, – deyə materialda vurğulanıb.

Qeyd edək ki, Fransa millisi Millətlər Liqasında növbəti oyununu sentyabrın 25-də səfərdə Türkiyəyə qarşı keçirəcək.







Dünya çempionatı