17 sentyabr 2026. Cümə axşamı

“Kəpəz”in futbolçusu Moldova millisindən dəvət alıb


“Kəpəz”in futbolçusu Moldova millisindən dəvət alıb

“Kəpəz”in yarımmüdafiəçisi Viktor Stina Moldova milli komandasına çağırılıb.

Gəncə təmsilçisinin mətbuat xidmətindən  90deqiqe.Az-a verilən məlumata görə, bununla bağlı Moldova Futbol Federasiyasından kluba rəsmi məktub daxil olub.

28 yaşlı futbolçu sentyabrın 20-də Azərbaycan Premyer Liqasının VI turunda “Sumqayıt”la keçiriləcək qarşılaşmadan sonra Moldova millisinin düşərgəsinə qoşulacaq.

Viktor Stina UEFA Millətlər Liqasının oyunlarında Moldova yığmasının formasını geyinə bilər. Komanda K qrupunda Slovakiya, Farer adaları və Qazaxıstanla qarşılaşacaq. Moldova sentyabrın 26-da və oktyabrın 6-da Slovakiya, sentyabrın 29-da Farer adaları, oktyabrın 2-də isə Qazaxıstanla üz-üzə gələcək.

Qeyd edək ki, Viktor Stina cari mövsümdə “Kəpəz”in heyətində iki dəfə fərqlənib. O, Moldova millisində 30 oyun keçirib və 4 qol vurub.







Dünya çempionatı