18 sentyabr 2026. Cümə

İngiltərə Futbol Assosiasiyasının rəhbəri İnfantinoya məktub göndərib


İngiltərə Futbol Assosiasiyasının rəhbəri İnfantinoya məktub göndərib

İngiltərə Futbol Assosiasiyasının rəhbəri və FIFA-nın vitse-prezidenti Debbi Hyuit FIFA prezidenti Canni İnfantinoya məktub göndərərək onun özəl investorların cəlb edilməsi planının müstəqil şəkildə araşdırılmasını tələb edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “RTE” məlumat yayıb.

Hyuit həmçinin ABŞ millisinin hücumçusu Folarin Balogunun diskvalifikasiyasının ABŞ Prezidenti Donald Trampın müdaxiləsindən sonra ləğv edilməsi məsələsinə toxunub.

Qeyd olunur ki, İnfantino üç qitə konfederasiyasının onun layihəsini rədd etməsindən sonra təzyiqlərlə üzləşib. FIFA prezidenti avqustun 5-də planına görə üzr istəyib. Təşkilatın rəhbərliyi isə məsələ ilə bağlı araşdırma aparılacağını açıqlayıb.

Lakin FIFA hələ də araşdırmanı kimin və nə vaxt aparacağı barədə məlumat verməyib.







Dünya çempionatı