- Dünya çempionatı
- 23:15 18.09.2026
FİFA-ya üzv milli futbol federasiyaları təşkilatın prezidenti Canni İnfantinodan hər bir federasiyaya əlavə 10 milyon dollar ayrılmasını tələb ediblər.
90deqiqe.Az-ın “Sky News"a istinadən məlumatına görə, bununla bağlı İnfantinoya müvafiq məktub göndərilib.
Sənədin müəllifləri UEFA prezidenti Aleksander Çeferin və KONKAKAF rəhbəri Viktor Montalyanidir. Onların hesablamalarına görə, FİFA-nın gəlirləri 6 milyard dollar artmalı idi.
Çeferin və Montalyani FİFA-nın maliyyə vəziyyətinin auditini keçirməyə hazırdırlar. Onların fikrincə, bütün milli federasiyalara tələb olunan məbləğ ayrıldıqdan sonra belə, FİFA maliyyə baxımından müsbət balansda qalacaq.
Qeyd edək ki, təşkilatın maliyyə vəziyyəti ilə bağlı müzakirələrin oktyabr ayında keçirilməsi planlaşdırılır. Həmin ay FİFA Şurasının iclası baş tutacaq.