- Dünya çempionatı
- 23:10 21.09.2026
İspaniya milli futbol komandasının baş məşqçisi Luis de la Fuentenin müqaviləsi 2032-ci ilə qədər uzadılıb.
90deqiqe.Az xəbər verir ki, İspaniya Kral Futbol Federasiyasının (RFEF) Rafael Luşanın rəhbərlik etdiyi İdarə Heyətinin iclasında 65 yaşlı mütəxəssisin müqaviləsinin uzadılması ilə bağlı qərar qəbul edilib. Qərar yekdilliklə təsdiqlənib.
Luis de la Fuente rəhbərliyi altında İspaniya millisi 2023-cü ildə UEFA Millətlər Liqasının, 2024-cü ildə isə Avropa çempionatının qalibi olub. Mütəxəssis həmçinin 2026-cı il dünya çempionatında İspaniya ilə çempionluq qazanıb.
2023-cü ildən İspaniya milli komandasını çalışdıran De la Fuente 49 matçda 39 qələbə, 7 heç-heçə və 3 məğlubiyyət əldə edib.
Yeni müqaviləyə əsasən, ispaniyalı baş məşqçi 2032-ci ilə qədər milli komandanın başında olacaq.