7 noyabr 2026. Şənbə

Skaloni Argentina millisində qala bilər


Skaloni Argentina millisində qala bilər

Lionel Skaloni Argentina millisinin baş məşqçisi postunda fəaliyyətini davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Argentinanın “Doble Amarilla” nəşri məlumat yayıb.

Məlumata görə, Argentina Futbol Assosiasiyası Skaloniyə yeni müqavilə təklif etməyə hazırlaşır. İki il müddətinə nəzərdə tutulan anlaşmada müqavilənin 2030-cu il dünya çempionatına qədər uzadılması ilə bağlı bəndin də yer alması mümkündür.

Qeyd olunur ki, “Albiseles­te”nin sükanı arxasında gələcəyi ilə bağlı son qərarı məhz Skaloni verəcək.

48 yaşlı mütəxəssis 2018-ci ildən Argentina millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2022-ci ildə dünya çempionu olub, həmçinin iki dəfə Amerika Kubokunu qazanıb.







Dünya çempionatı