22 sentyabr 2026. Çərşənbə axşamı

“Məktub açıq şəkildə yenidən seçilmək cəhdidir” - DFB prezidenti İnfantinonu tənqid etdi


“Məktub açıq şəkildə yenidən seçilmək cəhdidir”  - DFB prezidenti İnfantinonu tənqid etdi

Almaniya Futbol İttifaqının (DFB) prezidenti Bernd Noyendorf FİFA prezidenti Canni İnfantinonu tənqid edib.

90deqiqe.Az-ın məlumatına görə, Noyendorf İnfantinonun təşkilatın idarəetmə sistemində islahatlarla bağlı təkliflərinin gələn il keçiriləcək prezident seçkilərində yenidən seçilmək məqsədi daşıdığını bildirib.

İnfantino daha əvvəl FİFA-nın 211 üzvünə məktub göndərərək qərarların qəbulu prosesinin müstəqil şəkildə yoxlanılmasını və konfederasiyalar, milli assosiasiyalar və digər maraqlı tərəflərlə məsləhətləşmələr aparılmasını təklif edib.

“Canni İnfantinonun məktubunu gələn il yenidən seçilməsini təmin etmək üçün açıq-aşkar cəhd kimi qiymətləndirirəm. İnfantino islahat prosesinə rəhbərlik etməli olan şəxs deyil. O, bütün etimadını itirib”, - deyə Noyendorf “Al Jazeera”ya açıqlamasında bildirib.

Qeyd edək ki, FİFA prezident seçkilərinin 2027-ci ilin martında keçirilməsi planlaşdırılır. İnfantino növbəti müddətə namizədliyini irəli sürmək niyyətindədir.







Dünya çempionatı

Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər