6 oktyabr 2026. Çərşənbə axşamı

DÇ-2026 biletlərini satan azarkeşlər hələ də pullarını ala bilməyiblər


DÇ-2026 biletlərini satan azarkeşlər hələ də pullarını ala bilməyiblər

DÇ-2026 üçün biletlərini FİFA-nın rəsmi marketpleysi vasitəsilə satan bəzi azarkeşlər hələ də pullarını əldə edə bilməyiblər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Brobible” məlumat yayıb. Nəşr bir sıra azarkeşlərin analoji problemlə üzləşdiyini bildirib.

Qaydalara əsasən, satıcı bütün zəruri ödəniş məlumatlarını təqdim etdiyi halda, biletin yenidən satışından sonra 60 təqvim günü ərzində ödənişi almalıdır. FİFA satıcıdan 15 faiz, alıcıdan isə 15 faiz komissiya tutur.

Dünya çempionatının başa çatmasından iki aydan çox vaxt keçməsinə baxmayaraq, bəzi ödənişlər hələ də həyata keçirilməyib.

FİFA-nın “Brobible”ın sorğusuna cavabında bildirilib ki, ödəniş prosesi davam edir. Təşkilat qeyd edib ki, “məhdud sayda” əməliyyat əl ilə yoxlama və əlavə verifikasiya tələb edir. İlkin ödəniş üsulu ilə vəsaitin qaytarılması mümkün olmadıqda isə alternativ bank üsulundan istifadə olunur.







Dünya çempionatı

Braziliya Hindistanı darmadağın etdi
  • Dünya çempionatı
  • 00:14 04.10.2026
Braziliya Hindistanı darmadağın etdi
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib