14 noyabr 2026. Şənbə

FIFA prezidenti Azərbaycana səfər edib


FIFA prezidenti Azərbaycana səfər edib

FIFA-nın prezidenti Canni İnfantino Azərbaycana səfərə gəlib.

AFFA-dan 90deqiqe.Az-a verilən məlumata görə, səfər çərçivəsində FIFA prezidenti və AFFA-nın prezidenti Rövşən Nəcəf Hövsan qəsəbəsində FIFA U-15 dünya çempionatı və festivalının oyunlarının keçiriləcəyi futbol bazasına baş çəkiblər.

Canni İnfantinoya 10 futbol meydançasından ibarət kompleksdə tikinti işlərinin gedişi və yarışa hazırlıq prosesi barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalı ilk dəfə keçiriləcək.







Dünya çempionatı