30 sentyabr 2026. Çərşənbə

Ançelotti Rafinyanın vəziyyəti ilə bağlı açıqlama verdi


Ançelotti Rafinyanın vəziyyəti ilə bağlı açıqlama verdi

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Barselona”nın hücumçusu Rafinyanın səhhəti ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, Ançelotti isə Rafinyanın zədələnmədiyini, sadəcə olaraq müəyyən narahatlıq hiss etdiyini açıqlayıb.

“Rafinya zədə almayıb, sadəcə olaraq kiçik narahatlıq hiss edib. Onun dincəlməsi üçün əvəzlənməsinə qərar verdim. Tibbi müayinənin nəticələrini aldıqdan sonra onun “Barselona”ya qayıdıb-qayıtmayacağına, yoxsa burada qalaraq vəziyyətini izləməyimizə qərar verəcəyik.

Ondan zədə alıb-almadığını soruşdum. Mənə isə “Məndə hər şey qaydasındadır” cavabını verdi”, – deyə Ançelottinin sözlərini “Goal” nəşri sitat gətirib.

 29 yaşlı futbolçu Braziliya millisinin Avstraliya ilə oyununda zədə səbəbindən fasilədə əvəzlənib.

Qeyd edək ki, Braziliya millisi Avstraliya yığmasını 4:2 hesabı ilə məğlub edib.







Dünya çempionatı

FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər