30 sentyabr 2026. Çərşənbə

Argentina millisində Messi qərarı - 10 nömrəli forma boş qalacaq


Argentina millisində Messi qərarı  - 10 nömrəli forma boş qalacaq

Argentina millisində Lionel Messi ilə bağlı diqqətçəkən qərar qəbul edilib.

90deqiqe.Az-ın məlumatına görə, milli komandada heç bir futbolçu səkkizqat “Qızıl top” sahibinin vida matçına qədər 10 nömrəli formanı geyinməyəcək.

Messi Argentina millisində son oyununu oktyabrın 6-da keçirəcək. “Albisaleste” həmin gün yoldaşlıq görüşündə Beninlə qarşılaşacaq.

Qeyd edək ki, 38 yaşlı futbolçu daha əvvəl 2026-cı il dünya çempionatından sonra Argentina millisində karyerasını başa vuracağını açıqlayıb.

Messi milli komandanın heyətində dünya çempionu və ikiqat Amerika Kubokunun qalibi olub. O, həmçinin dünya çempionatlarında iki dəfə gümüş medal qazanıb.

Ulduz futbolçu Argentina millisində keçirdiyi 207 oyunda 125 qol vurub.







Dünya çempionatı

FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər