14 noyabr 2026. Şənbə

"Avropadakı klubların futbol üçün dəyəri nəhayət başa düşülməlidir"


"Avropadakı klubların futbol üçün dəyəri nəhayət başa düşülməlidir"

2026-cı il dünya çempionatında iştirak edən futbolçuların təxminən 70 faizinin Avropa klublarında çıxış etdiyi açıqlanıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə PSJ prezidenti Nasser Əl-Xəlaifi məlumat verib.

O bildirib ki, Avropa klubları mundiala 857 futbolçu göndərib. Həmçinin turnirin 48 iştirakçısından 33-ünün Avropa milli komandaları olduğu qeyd edilib.

“Ümid edirəm ki, insanlar nəhayət klubların dəyərini başa düşəcəklər. Futbolçularımızın milli komandaların heyətində çıxış etməsi ilə fəxr edirik”, – deyə Əl-Xələifinin sözlərini jurnalist Ben Ceykobs yayıb.

PSJ prezidenti UEFA prezidenti Aleksander Çeferini də qurumun rəhbəri vəzifəsinə yeni müddətə namizədliyini irəli sürməyə çağırıb.

Qeyd edək ki, Çeferin daha əvvəl Əl-Xəlaifiyə FIFA prezidenti postuna namizədliyini irəli sürməyi təklif edib.







Dünya çempionatı