1 oktyabr 2026. Cümə axşamı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər


Skaloni Argentina ilə müqaviləsini uzada bilər

Argentina millisinin baş məşqçisi Lionel Skaloni komanda ilə müqaviləsini uzatmağa yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Sport.es” məlumat yayıb.

2026-cı il dünya çempionatının finalında İspaniyaya məğlubiyyətdən sonra Skaloni hazırkı müqaviləsinin müddəti başa çatdıqdan sonra millidən ayrılacağını istisna etmirdi. Lakin tərəflər sonda danışıqlara başlayıblar. Bu barədə əvvəlcə jurnalist Qaston Edul yazıb, daha sonra baş məşqçi məlumatı təsdiqləyib.

“Biz yalnız danışmağa başlamışıq. Hər iki tərəfdə razılıq var və ən vacib məsələ də budur”, – deyə Skaloni bildirib.

Edulun məlumatına görə, Argentina Futbol Assosiasiyası (AFA) mütəxəssisə “2+2” formatında müqavilə təklif edib. Bu anlaşma Skaloniyə ən azı 2028-ci il Amerika Kubokuna qədər milliyə rəhbərlik etməyə, daha sonra isə müqaviləni 2030-cu il dünya çempionatına qədər uzatmağa imkan verə bilər.

Skaloni 2018-ci ildən Argentina millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında komanda 2022-ci ildə dünya çempionatının qalibi olub, həmçinin iki dəfə Amerika Kubokunu qazanıb.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər