- Dünya çempionatı
- 23:01 03.10.2026
İlin ən yaxşı qapıçısı mükafatına namizədlərdən biri olan Kabo-Verde millisinin qapıçısı Jozimar Vozinya karyerasının ilk illəri ilə bağlı xatirələrini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, “L’Equipe” futbolçunun sözlərini belə çatdırıb.
“Kabo-Verdenin birinci divizionunda məşqlər saat 16:00-da başlayırdı ki, futbolçular və məşqçilər tikintidə və ya tarlada uzun iş günündən sonra məşqə çata bilsinlər. Komanda yoldaşlarımın bir çoxu ağır fiziki işlə məşğul olurdu: elektrikçi, fəhlə, fermer kimi işləyirdilər. Onlar səhər tezdən qalxır, evə tamamilə yorğun halda qayıdırdılar”
“İlk komandam olan “Ribeyra-Bote”də də futbolu məktəblə birgə davam etdirməli idim. Orada basketbol və voleybolla da məşğul olurdum. Amma heç vaxt ikinci işim olmayıb. Futboldan normal yaşamaq üçün kifayət qədər qazanan azsaylı futbolçulardan biri idim. Karyeramın əvvəlində ayda 100 avro – həmin dövrdə minimum əməkhaqqı – alırdım, ən yaxşı illərimdə isə bu məbləğ 450 avroya çatırdı”.
“Bu, mənə müstəqil olmağa imkan verirdi, amma gələcəyə arxayın baxmaq üçün kifayət deyildi. Mənim B planım var idi: memar olmaq istəyirdim. Bu barədə uzun müddət düşünmüşdüm. Lakin universitetə daxil olmadım, çünki futbol mənim üçün hər şeydən vacib oldu”, – deyə Vozinya bildirib.
Qeyd edək ki, hazırda futbolçu Çilinin “Kolo-Kolo” klubunda çıxış edir.
Vozinya daha əvvəl karyerasında aldığı ilk maaş barədə də danışıb.