- Dünya çempionatı
- 23:01 03.10.2026
Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş Kriştiano Ronaldonun 2030-cu ildə keçiriləcək dünya çempionatında iştirak ehtimalı ilə bağlı sualı cavablandırıb.
90deqiqe.Az-ın “The Touchline"yə istinadən məlumatına görə, təcrübəli mütəxəssis bu mövzunun müzakirəsi üçün hələ çox tez olduğunu bildirib.
“Bu sualları başa düşürəm, bunlar baş verənlərin bir hissəsidir. Amma biz artıq 2030-cu ili müzakirə etməyə başlamışıq? Həmin vaxta qədər dörd il var. Futbolda hər şey günbəgün, hətta aydan-aya dəyişir. Növbəti oyun ən vacibidir. Mövzunu dəyişməyin mənası yoxdur. Hazırda Norveçlə oyunu düşünürük”, - deyə Jorje Jezuş bildirib.
Qeyd edək ki, son günlər Kriştiano Ronaldonun Portuqaliya millisinin düşərgəsini icazəsiz tərk etdiyi və milli komandada çıxışını dayandırmaq niyyətində olduğu barədə iddialar yayılıb.
2030-cu ildə keçiriləcək dünya çempionatı zamanı Ronaldonun 45 yaşı olacaq.