4 oktyabr 2026. Bazar günü

Franko Mastantuono Argentina millisində ilk qolunu vurdu


Franko Mastantuono Argentina millisində ilk qolunu vurdu

Franko Mastantuono Argentina millisində üçüncü oyununda ilk qolunu vurub.

90deqiqe.Az-ın məlumatına görə, gənc futbolçu Burkina-Faso ilə keçirilən qarşılaşmada fərqlənib. Dünya çempionatının vitse-çempionları bu oyunda rəqibini böyük hesabla - 7:0 məğlub edib.

Mastantuono qarşılaşmadan sonra milli komandanın formasını geyinməyin onun üçün xüsusi olduğunu bildirib.

“Argentina millisinin formasını yenidən geyindiyim üçün çox xoşbəxtəm. Bu forma mənim üçün xüsusidir. Bu yay dünya çempionatında iştirak etmədim və bu, mənim üçün üzücü idi. Çünki orada oynamaq istəyirdim. Buna görə də yenidən milliyə çağırılmaq üçün nə qədər çox çalışmalı olduğumu düşünürdüm. Qol vura bildim və çox xoşbəxtəm. İnsanlar məndən böyük gözləntilər içindədirlər və mən bunu başa düşürəm. Məndən nə gözlənildiyini bilirəm”, - deyə Mastantuononun sözlərini “DerbyDerbyDerby” nəşri sitat gətirib.

Qeyd edək ki, klub karyerasını hazırda İtaliyanın “Fiorentina” klubunda davam etdirən Mastantuono Argentina millisində üçüncü matçına çıxıb.







Dünya çempionatı

Braziliya Hindistanı darmadağın etdi
  • Dünya çempionatı
  • 00:14 04.10.2026
Braziliya Hindistanı darmadağın etdi
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib