- Dünya çempionatı
- 23:30 07.10.2026
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo argentinalı ulduz Lionel Messinin sosial şəbəkədəki son paylaşımına şərh yazıb.
90deqiqe.Az-ın məlumatına görə, Ronaldo paylaşımın şərh bölməsində əzəli rəqibi və dostu Messiyə müraciət edib:
“Leo, uzun illər ölkənin rənglərini qorudun və bu hekayə sonsuza qədər yadda qalacaq. Argentina ilə qazandığın bütün uğurlara görə sənə sonsuz hörmətim var. Səni qucaqlayıram”.
Qeyd edək ki, Messi oktyabrın 6-da Beninlə yoldaşlıq görüşündə meydana çıxaraq Argentina millisində son oyununu keçirib.
Messi Argentina millisində keçirdiyi 208 oyunla rekordçudur. O, milli komandada 126 qola imza atıb.
Lionel Messi Argentina ilə dünya çempionluğu və iki dəfə Amerika Kubokunu qazanıb. Onun kolleksiyasında, həmçinin Olimpiya Oyunlarının və gənclər arasında dünya çempionatının qızıl medalları var.