8 oktyabr 2026. Cümə axşamı

“Messinin yerini doldurmaq mümkün deyil”


“Messinin yerini doldurmaq mümkün deyil”

Argentina millisinin baş məşqçisi Lionel Skaloni Beninlə yoldaşlıq görüşündə milli komanda karyerasını başa vuran Lionel Messinin yoxluğunu necə kompensasiya edəcəklərindən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, Argentina Benini 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Skaloni Messi barədə tərif dolu fikirlər səsləndirib:

“Ömrüm boyu tarixin ən yaxşı futbolçusunu çalışdıracağımı heç vaxt təsəvvür etməmişdim. Messini çalışdırmaq gerçəkləşən bir arzu idi. Onunla birlikdə olmaq üçün mənə verilən bu fürsətə görə minnətdaram. Onu bir daha görməmək kədərli olacaq. Ağlımdan çoxlu fikirlər keçdiyi üçün göz yaşlarımı saxlaya bilmirəm. O, bizə böyük miras qoydu. Bu hekayə davam edəcək, amma onun yeri doldurulmaz olaraq qalacaq”.

Baş məşqçi Argentinanın bundan sonra Messisiz yola davam etməli olduğunu bildirib:

“Artıq onsuz yolumuza davam etməliyik. Bu, çətin olacaq, çünki son illərdə yaşadıqlarımız normal deyildi. Bunun öhdəsindən gələ bilərik. Əlimizdə istedadlı gənc futbolçular var. Komanda nə qədər güclü olsa da, vəziyyətin nə qədər çətin olduğunu insanlara izah etmək asan deyil. Böyük futbolçularla birlikdə oynamışam və onların çoxunu görmüşəm, amma Messinin təqdim etdiyi şeyi heç kimdə görməmişəm. Onu heç kimlə müqayisə etmək mümkün deyil. O, özünəməxsus biridir. Bütün zamanların ən yaxşı futbolçusu getdi”.

Skaloni Messinin yoxluğunu kompensasiya etməyin əsas yolunun komanda oyunu olduğunu vurğulayıb:

“Messinin yoxluğunu kompensasiya etməyin yeganə yolu yaxşı komanda oyunu nümayiş etdirməkdir. Hazırda oyunun gedişatını bir anda dəyişə bilən, pis gündə belə bir parlaq hərəkətlə vəziyyəti bizim xeyrimizə çevirə biləcək futbolçudan məhrumuq. Çox yaxşı oyunçularımız var, amma heç biri onun kimi deyil. Heç vaxt onun kimi futbolçu olmayacaq”.







Dünya çempionatı

“Messinin yerini doldurmaq mümkün deyil”
  • Dünya çempionatı
  • 23:30 07.10.2026
“Messinin yerini doldurmaq mümkün deyil”
Uruqvay Hindistanı darmadağın etdi
  • Dünya çempionatı
  • 21:50 06.10.2026
Uruqvay Hindistanı darmadağın etdi
Braziliya Hindistanı darmadağın etdi
  • Dünya çempionatı
  • 00:14 04.10.2026
Braziliya Hindistanı darmadağın etdi
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər