8 oktyabr 2026. Cümə axşamı

Ramon Veqa FİFA prezidenti postuna namizədliyini irəli sürdü


Ramon Veqa FİFA prezidenti postuna namizədliyini irəli sürdü

“Tottenhem” və İsveçrə millisinin sabiq müdafiəçisi Ramon Veqa FİFA prezidenti postuna namizədliyini irəli sürüb.

90deqiqe.Az-ın məlumatına görə, beləliklə, Veqa gələn ilin martında keçiriləcək seçkilərdə qurumun hazırkı prezidenti Canni İnfantinoya ilk rəqib olub.

 “Mən namizədliyimi irəli sürürəm, çünki həyatım məni futbola xidmət etməyə hazırlayıb. Futbolun dürüstlüyünü, insanlarını və gələcəyini qorumağı öz borcum və sosial məsuliyyətim hesab edirəm.

Futbol ailəsi daxilində etimad və inam ciddi şəkildə sarsılıb. Biz bunların hər ikisini bərpa etməli, FİFA-nın nüfuzunu geri qaytarmalı və dünya futbol ailəsini yenidən birləşdirməliyik.

Futbol reanimasiya şöbəsində, həyat dəstəyi cihazına qoşulmuş vəziyyətdədir. Daha gözləyə bilmərik. FİFA-ya yeni kurs və fundamental islahatlar lazımdır”, – deyə Veqanın sözlərini ESPN yayıb.

Veqa futbolçu karyerasını 2004-cü ildə başa vurduqdan sonra maliyyə sektorunda çalışıb. O, daha əvvəl 2015, 2019 və 2022-ci illərdə də FİFA prezidenti postuna namizədliyini irəli sürməyi nəzərdən keçirib. Lakin hər dəfə seçkilərdə iştirak üçün tələb olunan 211 milli federasiyadan ən azı beşinin dəstəyini ala bilməyib.







Dünya çempionatı

“Messinin yerini doldurmaq mümkün deyil”
  • Dünya çempionatı
  • 23:30 07.10.2026
“Messinin yerini doldurmaq mümkün deyil”
Uruqvay Hindistanı darmadağın etdi
  • Dünya çempionatı
  • 21:50 06.10.2026
Uruqvay Hindistanı darmadağın etdi
Braziliya Hindistanı darmadağın etdi
  • Dünya çempionatı
  • 00:14 04.10.2026
Braziliya Hindistanı darmadağın etdi