- Dünya çempionatı
- 20:44 08.10.2026
“Komo”nun idman direktoru Karlalberto Ludi komandanın yarımmüdafiəçisi Niko Pasın Lionel Messinin Argentina millisindən ayrılmasından sonra 10 nömrəli formanı geyinməyə layiq olduğunu bildirib.
90deqiqe.Az-ın məlumatına görə, “Goal” funksionerin dediklərini belə çatdırıb.
“Əgər 10 nömrə bu qədər önəmlidirsə və layiqli, çox güclü futbolçuya verilməlidirsə, düşünürəm ki, Niko bu formanı daşıya bilər”
Ludi “Komo”nun İtaliya çempionluğu uğrunda mübarizə aparmaq perspektivlərinə də münasibət bildirib:
“Biz çempionluq uğrunda mübarizə barədə düşünmürük. Ötən il Çempionlar Liqası haqqında düşünmədiyimiz kimi. Biz işimizə diqqət yetiririk və mövsüm ərzində məqsədlərimizi günbəgün müəyyənləşdiririk”.
Qeyd edək ki, “Komo” 10 xalla İtaliya çempionatının turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.