- Dünya çempionatı
- 21:56 13.10.2026
Niderland millisinin sabiq yarımmüdafiəçisi Naycel de Yonq Niderlandiya Kral Futbol İttifaqındakı (KNVB) fəaliyyətini davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, texniki direktor vəzifəsini tutan mütəxəssislə yeni dördillik müqavilə imzalanıb. Saziş gələn il yanvarın 1-dən qüvvəyə minəcək.
Müqavilənin uzadılması barədə məlumat sentyabrın sonunda məlum olsa da, KNVB de Yonqun təşkilatdakı gələcək fəaliyyəti ilə bağlı şübhələri aradan qaldırmaq üçün qərarı yalnız indi rəsmən açıqlayıb.
“Biz birlikdə düzgün yol seçmişik və bu istiqamətdə irəliləməyə davam etmək istəyirəm. Nəticə etibarilə, Niderland futbolunu hər gün daha da inkişaf etdirmək kimi ümumi məqsəd naminə birlikdə çalışırıq”, – deyə de Yonq bildirib.
Qeyd edək ki, Naycel de Yonq 2023-cü ilin yanvarından Niderland Futbol İttifaqında texniki direktor vəzifəsində çalışır.