16 oktyabr 2026. Cümə

Argentina millisi noyabrda iki yoldaşlıq oyunu keçirəcək


Argentina millisi noyabrda iki yoldaşlıq oyunu keçirəcək

Argentina milli komandası noyabr ayındakı beynəlxalq fasilə zamanı iki yoldaşlıq görüşü keçirəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə komandanın sosial şəbəkə hesablarında məlumat verilib.

Argentina noyabrın 13-də Buenos-Ayresdə Uruqvayla, dörd gün sonra isə Kordobada Kosta-Rika ilə qarşılaşacaq.

FIFA reytinqində Argentina ikinci, Uruqvay 20-ci, Kosta-Rika isə 54-cü pillədə qərarlaşıb.

Argentina və Uruqvay milliləri indiyədək 193 dəfə üz-üzə gəliblər. Bu görüşlərin 90-da Argentina, 57-də Uruqvay qalib gəlib, 46 qarşılaşma isə heç-heçə ilə başa çatıb.

Argentina ilə Kosta-Rika arasında keçirilən səkkiz oyunun altısında argentinalılar qələbə qazanıblar. Digər iki görüşdə isə qalib müəyyənləşməyib.







Dünya çempionatı

“Messinin yerini doldurmaq mümkün deyil”
  • Dünya çempionatı
  • 23:30 07.10.2026
“Messinin yerini doldurmaq mümkün deyil”