17 oktyabr 2026. Şənbə

FIFA U-20 dünya çempionatının rəsmi brendi Bakının simvolik məkanlarında nümayiş etdirilib


FIFA U-20 dünya çempionatının rəsmi brendi Bakının simvolik məkanlarında nümayiş etdirilib

FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendi Bakının simvolik məkanlarından olan Qız Qalasında və Bakı Olimpiya Stadionunda xüsusi proyeksiya vasitəsilə nümayiş etdirilib.

AFFA-dan 90deqiqe.Az--a verilən məlumata görə, layihə çərçivəsində turnirin rəsmi emblemi və brend elementləri hər iki məkanda xüsusi vizual effektlərlə təqdim olunub.

Qeyd edək ki, 2027-ci ildə 20 yaşadək futbolçular arasında keçiriləcək dünya çempionatına Azərbaycan və Özbəkistan birgə ev sahibliyi edəcəklər.







Dünya çempionatı