- Dünya çempionatı
- 21:20 22.10.2026
Argentina millisinin ulduz futbolçusu Lionel Messi futbol dünyasında necə iz qoymaq istədiyindən danışıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə “The Touchline” nəşri məlumat yayıb.
“İstəyirəm ki, məni böyük idmançı kimi xatırlasınlar. Mən həmişə arzularım və məqsədlərim uğrunda mübarizə aparmışam. Bəzən onlara çatmışam, bəzən isə yox. Ancaq qarşıma çıxan bütün uğurları qazanmaq üçün cəhd etməkdən heç vaxt vaz keçməmişəm”, – deyə Messi bildirib.
Qeyd edək ki, argentinalı futbolçu 2023-cü ilin yayından ABŞ-nin “İnter Mayami” klubunda çıxış edir. O, Avropada karyerası ərzində “Barselona” və PSJ komandalarının formasını geyinib.